Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamının qadağan edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərin mətni bu gün dövlət başçısının saytında dərc edilib.
Qanunun 11-ci maddəsinə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilib: “Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına tələblər “Reklam haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur”.*
R.Babayev