Prezident İlham Əliyev iyulun 13-də Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Qeyd edək ki, iyunun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mekan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Mekan İşanquliyev Türkmənistanın Azərbaycandakı səfiri təyin edilib.*
A.Əzizov