Dünya birliyi Ermənistanın mənbəyi olduğu separatizm və terrorizm təhlükəsinin qarşısını almalıdır. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
“Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir. Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir. Bu təhlükənin qarşısının alınması üçün bütün beynəlxalq qurumlar birgə fəaliyyət göstərməlidir”, - deyə nazir bu gün ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşdə bildirib.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin Cənubi Qafqaz bölgəsinin inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu bildirən amerikalı diplomat münaqişə nəticəsində həyatını itirən bütün insanların, xüsusilə də Alxanlı kəndində qətlə yetirilən mülki şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib.*
F.İsazadə