SOCAR “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin məlumatında deyilir.
2690 nömrəli quyu 1954A saylı estakadayanı meydançadan qazılıb.
Quyu 1210-1205 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.*
N.Abbasova