Ötən gün Azərbaycan ərazisində baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər həlak olub, 6 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 77 cinayət faktı qeydə alınıb, onların 15-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 21 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.*
A.Əzizov