2017-ci ilin yanvar-may aylarında Azərbaycanda əhalinin bank əmanətləri 14% - 5 mlrd. 102 mln. manatadək (əhalinin bütün əmanətlərinin 74,5%-i) azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 79,6% təşkil edib.
Cari ilin yanvar-may aylarında əhalinin bank əmanətləri 8,1% – 6 mlrd. 846,7 mln. manatadək azalıb.
AMB-nin məlumatına görə, qeyd olunan dövrdə milli valyutada əmanətlərin həcmi 15% - 1 mlrd. 744,7 mln. manatadək (bütün əmanətlərin 25,5%-i) artıb.
2017-ci il iyunun 1-nə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd. 17,9 mln. manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi 828,7 mln. manat təşkil edir. Yanvar-may aylarında rezidentlərin əmanətləri 7,2%, qeyri-rezidentlərin əmanətləri 14,3% azalıb.
İyunun 1-nə Azərbaycanda əmanət və depozitlərin həcmi 21 mlrd. 594,7 mln. manat təşkil edir ki, bu da ötən ilin sonuna olan göstəricidən 2,2% azdır.*
A.Axundov