“Qarabağ (Ağdam, Azərbaycan) – “Samtredi (Gürcüstan) cütünün qalibi UEFA Çempionlar Liqasının (2017/2018) 3-cü təsnifat mərhələsində "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütü ilə qarşılaşacaq.
Bu gün UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatması keçirilib.
Birinci oyunda “Qarabağ” futbolçuları Bakıda gürcü həmkarlarını 5:0 hesabı ilə darmadağın ediblər.
"Şerif" - "Kukesi" cütündə birinci oyunun qalibi 1:0 hesabı ilə moldovalı oyunçular olub.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab oyunları 1-2 avqust tarixlərində keçiriləcək.*
R.Babayev