Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Təmiz Şəhər” ASC-yə $39 mln.-a yaxın məbləğdə kredit ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
«AYİB bu məbləği Bakıda və Abşeron yarımadasında bərk məişət tullantılarının idarə olunmasının maliyyələşdirilməsi üçün ayırmaq niyyətindədir”, - deyə məlumatda bildirilir.
Layihə tullantıların daşınmasının optimallaşdırılması məqsədilə iki ötürücü stansiyanın və çeşidləmə qurğularının tikintisini nəzərdə tutur. Layihənin ümumi dəyəri $40,3 mln. təşkil edir.
Bankın Direktorlar Şurası noyabrın 1-də kreditin ayrılması məsələsinə baxacaq.*
A.Axundov