Prezident İlham Əliyev Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının tərkibindəki Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nümayəndələrinin sayının azaldılmasını təsdiq edib.
Dövlət başçısı bu gün “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.
Bundan başqa, fondun icraçı direktoru və onun müavinləri Himayəçilik Şurası tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunacaq.
Hazırda ADİF-in Himayəçilik Şurasının tərkibinə MBNP, AMB, “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı, Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri daxildir.*
A.Əzizov