Quba şəhərində “Soyqırımı memorial kompleksi” əsaslı və cari təmir işlərinin həyata keçirilməsi məqsədilə podratçı seşir.
Seçim tender üsulu ilə aparılır.
Tenderdə iştirakın dəyəri 250 manat təşkil edir.
Təkliflər avqüustun 11-dək qəbul olunur, tender proseduru avqustun 14-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün Komissiya yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə müxtəlif nazirlik, idarə və qurumların nümayəndələri daxildir.
“Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin son vaxtlar təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsinin qarşısının alınması məqsədilə komissiya araşdırma aparmalıdır. **
F.İsazadə