Cari ilin payızında Polşa xarici işlər naziri Vitold Vaşikovski Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Vitold Vaşikovskinin Bakıya səfəri təxminən 2017-ci ilin oktyabr ayına planlaşdırılır”, - agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Polşa XİN-ləri arasında polşalı nazirin səfərinin tarixi və gündəliyinin dəqiqləşdirilməsinə dair danışıqlar aparılır. **
F.İsazadə