İyulun 17-də Riqada Azərbaycan prezidenti İlham Əliyevin və Latviya Respublikasının prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
R.Babayev