İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub, 24 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 146 cinayət faktı qeydə alınıb, onların 46-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 57 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev