İyulun 18-19-da Bakıda Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
“İyulun 18-19-da Bakıda Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda keçirilib.*
A.Əzizov