2017-ci ilin I yarısında Dövlət Miqrasiya Xidməti (DMX) 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5,4 minə yaxın qərar qəbul edib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bildirib.
“Birinci yarımillikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilməklə 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5,391 qərar qəbul olunub”, - F.Nəbiyev Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin I yarısının yekunlarına həsr olunmuş xidməti müşavirədə bəyan edib.
O, Azərbaycana turist axınında mühüm dərəcədə artım olduğunu qeyd edib. “Birinci yarımillikdə 747,107 min əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olub, baxmayaraq ki, 2016-cı ilin müvafiq dövründə onların sayı 529,924 min nəfər olub”, - DMX rəisi vurğulayıb.
Onun sözlərinə görə, yanvar-iyun ayları ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 328,159 min əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib. **
R.Babayev