2017-ci ilin yanvar-iyun aylarında “Azexport.az” portalına dünyanın 50 ölkəsindən $192.7 mln. məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Portala 2017-ci ilin yanvar ayında $48 mln., fevralda $6.5 mln., martda $27 mln., apreldə $29.9 mln., mayda $19 mln., iyunda isə $62.3 mln. dəyərində ixrac sifarişləri daxil olub. İxrac sifarişlərinin ilk beşliyində Rusiya (19%), Ukrayna (9%), Türkiyə (7%), Səudiyyə Ərəbistanı (6%) və ABŞ-ın (5%) adı var.
“İyun ayında sifariş edilən məhsullar üzrə rəqəmləri təhlil etdikdə aydın olur ki, mahlıca, pambıq yağına, pomidora, şəraba, nar şirəsinə, albalı şirəsinə, badımcana, biyan kökünə, fındıq ləpəsinə, almaya, yerkökünə, pambıq toxumuna, tibbi tənzifə, qənnadı məhsullarına sifarişlər üstünlük təşkil edir.*
A.Axundov