Azərbaycan prezidenti İlham Əliyev Latviya ilə ticari əməliyyatların artırılması üçün yaxşı imkanların olduğunu qeyd edir.
“Bizim konkret təkliflərimiz var ki, hansı məhsulları Latviyaya ixrac edə və hansı məhsulları Latviyadan idxal edə bilərik. Ona görə, qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün çox gözəl imkanlar var”, - İ.Əliyev bazar ertəsi Riqada bildirib.
Onun sözlərinə görə, latviyalı həmkarı ilə razılığa gələrək, Bakı-Riqa reyslərinin təşkilinə dair dövlət strukturlarına müvafiq tapşırıqlar verilib ki, “bu turizm sahəsində əməkdaşlığı genişləndirməyə imkan verəcək”.
İ.Əliyev əlavə edib ki, nəqliyyat sahəsində çox ümidverici əməkdaşlıq imkanları var. Onun rəyinə görə, Latviya şirkətləri “Şimal-Cənub” nəqliyyat dəhlizindən yararlana bilərlər. “Biz qərara gəldik ki, növbəti mərhələdə müvafiq qurumlar artıq öz aralarında məsləhətləşmələrə başlasınlar”, - Azərbaycan prezidenti bildirib. **
A.Əzizov