Qətər şirkətləri Azərbaycandan qida məhsullarının idxalı ilə maraqlanır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
“İyun ayında Azərbaycanın qida məhsulları ilə əsas maraqlanan ölkələrdən biri Qətər olub. Bu ölkənin qida məhsulları idxal edən 6 şirkətinə müvafiq məlumatlar təqdim edilib”, - deyə məlumatda bildirilir.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, Azərbaycan yanvar-iyun aylarında Qətərə $2 mln. 77,53 min dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 87,9 dəfə çoxdur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabr ayında Azexport.az. portalını istifadəyə verib. 2017-ci ilin yanvar-iyun aylarında portala $192.7 mln. məbləğində ixrac sifarişləri daxil olub.*
A.Axundov