2017-ci ilin birinci yarısında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,3% - 1 mlrd. 330,4 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 8% - 618,3 min tonadək, birbaşa qovulan benzin istehsalı 5,2% - 101,5 min tonadək, sürtkü yağı istehsalı 2,5 dəfə – 12,9 min tonadək, neft bitumu istehsalı 27,6% - 77,3 min tonadək, neft koksu istehsalı 17,3% - 106,4 min tonadək artıb.
Hesabat dövründə kerosin istehsalında 7,7 % - 297,5 min tonadək, dizel yanacağı istehsalında 16,4% - 958,7 min tonadək, soba mazutunun istehsalında 38% – 241,3 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
N.Abbasova