Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin birinci yarısında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilən 45 nəfər insan alveri qurbanına müxtəlif növ yardım göstərib.
“O cümlədən, hesabat dövründə 15 nəfər potensial insan alveri qurbanlarına yardım göstərilib”, - nazilriyin məlumatında qeyd edilir.
Yanvar-iyun aylarında nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 11 nəfər münasib iş yerləri ilə təmin olunub, daha 4 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Bütövlükdə, Mərkəz 30 nəfərə hüquqi, 25 nəfərə psixoloji, 22 nəfərə tibbi yardımlar göstərib.
Bundan başqa, 10 nəfər ehtiyaclarına uyğun olaraq, sığınacaqla təmin ediliblər. **
R.Babayev