Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və İspaniya Krallığının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan müvəqqəti işlər vəkili Xose Luis Diez Xuares Azərbaycan ilə İspaniya arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 18-də nazir Z.Həsənov X.L.D.Xuaresi qəbul edib.
“Görüşdə Azərbaycan ilə İspaniya arasında hərbi, hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, ölkələrimiz arasında hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyi vurğulanıb”, - deyə məlumatda bildirilir.*
F.İsazadə