Azərbaycan hökuməti 2019-cu ilədək Azərbaycan Beynəlxalq Bankını (ABB) özəlləşdirməyi planlaşdırır. ABB-dən verilən məlumata görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifov hökumətin təklif etdiyi ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planının xarici kreditorlar tərəfindən dəstəklənməsindən məmnunluq ifadə edib.
“Bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün ABB-nin kreditorları bankın $3,34 mlrd. məbləğində xarici öhdəliyinin restrukturizasiyası planını dəstəkləyib.*
A.Axundov