Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat veilir.
“Görüşdə həmsöhbətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda vurğulanır.
O cümlədən, M.Çavuşoğlu, Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında bu gün keçiriləcək görüşə toxunaraq, “bu tədbirin regional əməkdaşlıq və ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi baxımından önəmini” qeyd etdi. **
R.Babayev