Macarıstanın "Vişeqrad dördlüyü"ndə sədrliyi dövründə sentyabrın 11-12-də "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski məlumat verib.
«Ümid edirik ki, bu tədbir Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin noyabrın 21-də Brüsseldə keçiriləcək sammitinin işinə töhfə verəcək. Sammitdə prezident İlham Əliyev də iştirak edəcək», - deyə səfir bu gün Bakıda "Vişeqrad dördlüyü" ölkələrinin səfirlərinin mətbuat konfransında bildirib.*
R.Babayev