Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin sammiti bu il Aşqabadda keçiriləcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Bu gün üç ölkənin XİN başçılarının Bakı görüşündə prezidentlərin bu il Aşqabadda keçiriləcək sammitinə hazırlıq məsələləri müzakirə ediləcək", - deyə M.Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, xarici işlər nazirləri, həmçinin sammitin gündəliyini də müzakirə edəcəklər.
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov isə vurğulayıb ki, türkiyəli və türkmənistanlı həmkarları ilə qarşılıqlı maraq doğuran bütün məsələlər ətrafında müzakirə aparacaqlar.*
F.İsazadə