"Vişeqrad dördlüyü" Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair yeni sazişin imzalanması üzrə danışıqları dəstəkləyir. Bu barədə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski bəyan edib.
"Vişeqrad dördlüyü" Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların sürətlənməsini dəstəkləyir”, - səfir bu gün Bakıda mətbuat konfransında bildirib.
O vurğulayıb ki, “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində "Vişeqrad dördlüyü" Azərbaycanın Aİ ilə əməkdaşlığın yaxşılaşdırılması və genişlənsdirilməsinə dair cəhdlərini dəstəkləyir.
“Bu, xüsusilə energetika sahəsində strateji əlaqələrin gələcəkdə dərinləşməsinə də aiddir. "Vişeqrad dördlüyü" siyasi, iqtisadi, infrastruktur və ictimai səviyyələrdə mobilliyin sürətləndirilməsi məqsədilə Vışeqrad Fondu ilə müsabiqələrin elan edilməsini aktivləşdirmək niyyətindədir”, - İ.Laslotski qeyd edib. **
R.Babayev