Ötən gün Azərbaycan ərazisində baş vermiş 9 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər həlak olub, 10 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 110 cinayət faktı qeydə alınıb, onların 31-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 49 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev