Bakı və Praqa arasında səhiyyə və ali təhsil sahələrində əməkdaşlığın inkişafına dair qarşılıqlı Anlaşma Memorandumları imzalanmağa hazırlanır. Bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezlav Pivonka deyib.
“İki ölkənin kurort zonalarını da əhatə edən səhiyyə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasına hazırlıq işləri aparılır”, - V.Pivonka çərşənbə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Çexiyanın səhiyyə nazirinin müavini Bakıya səfər edib. “O, Azərbaycanın səhiyyə naziri ilə görüşüb və onu Praqaya səfərə dəvət edib. Öz növbəsində, azərbaycanlı nazir çexiyalı həmkarını Bakıya səfərə dəvət edib”, - V.Pivonka vurğulayıb.
Tərəflər həmçinin mütəxəssis mübadiləsini də nəzərdə tutan ali təhsil sahəsində əməkdaşlığa dair Memorandum üzərində iş aparırlar.
“Bununla belə, oktyabr aylnda Çexiya senatorlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir”, - diplomat qeyd edib. **
R.Babayev