Vaşinqton Bakı ilə iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıdır. Vergilər Nazirliyindən verilən məlumata görə, bunu ABŞ missiya rəhbərinin müavini Uilyam Gill vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyevlə görüşdə bildirib.
“Azərbaycanla iqtisadi münasibətlər uğurla davam edir və ABŞ bu sahədə əməkdaşlığın daha da genişlənməsində maraqlıdır”, - deyə o qeyd edib.
U.Gill Azərbaycanın vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirib.
İ.Vəliyev deyib ki, hazırda Azərbaycanda ABŞ-a məxsus 300-ə yaxın müəssisə və təşkilat fəaliyyət göstərir. “İnvestisiya mühitinin daha da əlverişli vəziyyətə çatıdırılması bu müəssisələrin sayının artmasına təkan verəcək”, - o vurğulayıb.*
A.Axundov