Bakı, Ankara və Aşqabad münaqişələrin qısa zamanda suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət əsasında həllinin zəruriliyini qeyd edirlər.
“Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri münaqişələrin qısa zamanda suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət əsasında həllinin zəruriliyini qeyd edirlər”, - deyə iyulun 19-da Bakıda üç ölkənin xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunlarına dair qəbul olunmuş bəyanatda bildirilir.
Azərbaycan XİN-in mətbuat xdmətindən verilən məlumata görə, tərəflər terrorçuluq, separatizm və ekstremizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
“Nazirlər terrorçuluq, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və onların prekursorlarının və silahların qanunsuz dövriyyəsi, insan alveri, mədəni və tarixi irs əleyhinə cinayətlər, kibercinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar”, - deyə bəyanatda qeyd olunur.*
R.Babayev