Qarabağ münaqişəsi regional əməkdaşlığa ciddi təhdiddir. İqtisadiyyat naziri Şahin Mustafayev belə hesab edir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ş.Mustafayev bu gün Bakıda Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard ilə görüşüb.
“Nazir Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb”, - deyə məlumatda bildirilir.
M.Mard Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, Avropa İttifaqı-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.*
F.İsazadə