Rusiyanın "VTB Group"u Azərbaycanda törəmə bankda “AtaHolding”dən payına alacaq, bu da "VTB Bank (Azerbaijan)"ın səhmlərini 100% konsolidasiya etməyə imkan verəcək.
Bununla bağlı"VTB 24"ün Müşahidə Şurası qərar qəbul edib. “VTB 24” SC "VTB Bank (Azerbaijan)”ın səhm kapitalının 49%-ni təşkil edən, hər birinin nominal dəyəri 0,2 manat olmaqla 124 496 737 səhmi bir səhm üçün $0,252184550427213 ödəməklə alacaq. Müqavilənin məbləği $31,4 mln. təşkil edəcək.
"VTB Bank (Azerbaijan)”ın səhm paketinin konsolidasiyası xarici şəbəkənin idarə edilməsi sisteminin optimallaşdırılmasıçərçivəsində nəzarətin güclındirilməsi məqsədilə həyata keçirilir”, - “İnterfaks”a “VTB Group”un mətbuat xidmətindən məlumat verilib.
2016-cı ildə "VTB Bank (Azerbaijan)”ın xalis zərəri 2015-ci ilin göstərici ilə müqayisədə 3,9 dəfə - 141 mln. manatadək artıb ($82,8 mln.-a yaxın). **