İyulun 19-da Brusseldə Azərbaycan və Avrora İttifaqı (Aİ) arasında əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Sazişin siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuş bu danışıqlarda tərəflər arasında məhsuldar fikir mübadiləsi ararılıb”, - deyə məlumatda bildirilir.
Tərəflər danışıqların növbəti raundunun görüşlər, eləcə də video konfranslar vasitəsilə davam etdirilməsi barədə razılığa gəlib.*
R.Babayev