Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 11 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 107 cinayət faktı qeydə alınıb, onların 15-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 29 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.*
R.Babayev