Azərbaycan prezidenti İlham Əliyev ölkə ictimaiyyəti və KİV-i Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılması məqsədilə səyləri aktivləşdirməyə çağırır.
“Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın ərazisi də bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz. Bizim yeganə zəif yerimiz media məkanı idi”, - İ.Əliyev cümə axşamı bildirib.
Onun rəyinə görə, bu zəifliyin təbii səbəbləri var idi. “Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasətçiləri ələ alıblar. Onlar dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelərini işıqlandırırlar. Artıq bu istiqamətdə də dönüş yarandı”, - prezident qeyd edib.
Bununla belə, İ.Əliyev dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməyə çağırıb. “Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin”, - dövlət başçısı vurğulayıb. **
A.Əzizov