2017-ci ilin sentyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə ilk reys həyata keçiriləcək. Bu barədə Türkiyənin “Milliyet” nəşri bu ölkənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslana istinadən məlumat verib.
Çərşənbə günü Ə.Arslan BTQ dəmir yolu ilə Türkiyədən test qatarının yola salınması mərasimində iştirak edib.
“Cari ilin sentyabr ayında bu beynəlxalq marşrut vasitəsilə ilk reys həyata keçiriləcək. Yüklər Çindən Londona göndəriləcək”, - nazir qeyd edib.
Bununla yanaşı, o bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə illik 34-45 mln. ton yük nəql etmək mümkün olacaq.
“İlkin mərhələdə BTQ vasitəsilə 1 mln. sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. Ortamüddətli məqsədimiz bu dəhliz ilə illik 20-22 mln. ton yük səviyyəsinə çatmaqdır”, - Ə.Arslan bəyan edib. **
N.Abbasova