SOCAR şirkəti (ARDNŞ) 2023-cü ilə qədər Türkiyə ərazisində yeni neft-kimya istehsalının yaradılması layihəsini reallaşdırmağı ümid edir. Bu barədə Türkiyənin “Dünya” nəşri SOCAR-ın prezidenti Rövnəq Abdullayevə istinadən məlumat verib.
“STAR” NEZ-in tikinti layihəsi başa çatdıqdan sonar biz Türkiyədə yeni neft-kimya layihəsinin reallaşmasına başlamağı planlaşdırırıq. Əliağa yarımadasına dair yaxşı planlarımız var və artıq Türkiyə hökumətinə burada yeni sənaye zonasının yaradılması üzrə layihələr təqdim etmişik. Hazırda 2023-cü ilə qədər Türkiyədə yeni neft-kimya layihəsini reallaşdırmaq üçün səy göstəririk”, - R.Abdullayev bəyan edib.
Onun sözlərinə görə, Türkiyədə neft-kimya məhsullarına olan cari kəsiri $11,5 mlrd. təşkil edir, yeni layihələrin reallaşdırlması isə bu göstəricini $3 mlrd.-dək azaltmağa imkan verəcək.
R.Abdullayev həmçinin bildirib ki, hazırda “STAR” NEZ-in tikinti işləri 90% yerinə yetirilib.
“Zavodda 2018-ci ilin sentyabr ayında və ya daha tez zamanda məhsulların istehsalına başlanacaq. Müəssisədə istehsal olunan mallar Türkiyədə satışa çıxarılacaq, bu da ölkədə cari kəsirin azalmasında böyük rol oynayacaq. Gözlənildiyi kimi, “STAR”ın fəaliyyəti ölkənin neft məhsullarına olan cari kəsirin $2,5 mlrd.-ı ödəyəcək”, - SOCAR prezidenti qeyd edib. **
N.Abbasova