"Azpetrol" şirkəti Azərbaycanda yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini genişləndirir. Bu barədə şirkətin məlumatında deyilir.
""Azpetrol" Qaradağ rayonunda yeni yanacaqdoldurma məntəqəsini açıb. Bu, şirkətin sayca 88-ci yanacaqdoldurma məntəqəsidir. Yeni yanacaqdoldurma məntəqəsi “Azpetrol”un yaranmasının 20 illik yubileyi münasibətilə açılıb. "Azpetrol" 15 iyul 1997-ci il tarixində Bakı şəhəri Moskva prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayıb”, - deyə məlumatda bildirilir.
"Azpetrol" şirkəti bundan sonra da yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməyi planlaşdırır. Şirkət bu ilin sonunda Siyəzən rayonunda daha bir YDM açacaq.*
N.Abbasova