Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və “Kapital Bank” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə agentliyin məlumatında deyilir.
“Güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar güzəştli ipoteka kreditindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi bağlayan agent banklar vasitəsilə yararlana bilər. MİDA bunun üçün fondun 25 müvəkkil bankına müraciət edib və əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən ilk kredit təşkilatı “Kapital Bank” olub. İyulun 19-da bankla MİDA arasında müvafiq əməkdaşlıq müqaviləsi imzalanıb”, – deyə məlumatda bildirilir.
Kreditlər ilkin ödəniş 10% olmaqla illik 4%-lə 30 il müddətinə verilir.*
A.Əzizov