“Azərbaycan Dəmir Yolları” QSC 7 mln. 242,508 min manat ümumi məbləğdə yolun üst quruluş materialları və ağac şpallarının alınmasına dair müqavilələr imzalayıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Müvafiq tenderin nəticələrinə görə, “Amkodor-Baku” MMC I və II növ ağac şpallarının tədarükçüsü süçilib. Şirkətlə 5 mln. 978,352 min manat dəyərində müqavilə imzalanıb”, - nazirlikdən bildiriblər.
ADY üçün yolun üst quruluş materiallarının tədarükçüsü qismində “Best Valves” MMC seçilib. Şirkətlə 1 mln. 264,156 min manat dəyərində müqavilə imzalanıb. **
N.Abbasova