Türkiyə və Yunanıstanda baş verən zəlzələ nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Türkiyə və Yunanıstanda baş verən zəlzələ nəticəsində Azərbaycan vətəndaşlarının xəsarət alması faktları qeydə alınmayıb”, - H.Hacıyev bildirib.
Onun sözlərinə görə, XİN bu məsələ ilə bağlı Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi ilə daima əlaqə saxlayır. **
R.Babayev