2017-ci ilin yanvar-may aylarında Azərbaycana 69 min 950,9 ton mineral gübrə idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $18 mln. 973 min (artım 3,9 dəfə) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana $2 mln. 310,1 min dəyərində (azalma 64,9%) 11 min 952,8 ton sement və klinker (azalma 91,5%) idxal edilib.
Hesabat dövründə respublikaya $9 mln. 924 min dəyərində (azalma 34,4%) 8 min 804,9 ton (azalma 31,1%) polietilen idxal edilib.
Yanvar-may aylarında Azərbaycana $68 mln. 524,1 min dəyərində 101 min ton metalyayma məhsulu (artım 5,6%), $22 mln. 419,2 min dəyərində 43 min 151,8 ton qara metaldan hazırlanan çubuqlar (artım 28,4%), $10 mln. 896,2 min dəyərində 15 min 419,8 ton qara metaldan hazırlanan günyə (artım 35,1%), $60 mln. 804,7 min dəyərində 41 min 15,9 ton qara metaldan hazırlanan boru (azalma 67,5%) idxal edilib.**
N.Abbasova