“VTB Bank (Azerbaijan)” ASC-nin 30 iyun 2017-ci il tarixinə aktivləri 405 mln. manat təşkil edir. Bu barədə bankdan məlumat verilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2016-cı il tarixinə bankın aktivləri 435,5 mln. manat olub. Beləliklə, birinci yarımillikdə bankın aktivləri 7% azalıb.
Yarımilliyin sonuna bankın kredit portfeli 323 mln. manat təşkil edib, bunun 200 mln. manatı biznes kreditlərinin payına düşüb.
İyunun 30-na bankın öhdəlikləri 366 mln. manata bərabərdir. Həmin öhdəliklərin təxminən yarısı - 177,5 mln. manatı depozitlərin payına düşüb.
“Bankın kapitalı 50,9 mln. manata bərabərdir və tənizmləyicinin tələblərinə tam cavab verir. Birinci və ikinci dərəcəli kaptalın adekvatlığı 5% və 10% tələb halında müvafiq olaraq 29,71% və 50,38% təşkil edir”, - məlumatda vurğulanır.
Bu dövrdə fəaliyyətin yekunları üzrə bankın mənfəəti 3 mln. manat təşkil edib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur. **
A.Əzizov