2017-ci ilin I yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 938 mln. 702,8 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. 220,6 min nəfər (artım 34,5%), dəniz nəqliyyatı ilə 9,7 min nəfər (artım 21,3%), hava nəqliyyatı ilə 983,9 min nəfər (artım 23%), metro ilə 115 mln. 691,1 min sərnişin (artım 5,9%) daşınıb.
Bu ilin I yarısında avtomobil nəqliyyatı vasitələri ilə 820 mln. 797,5 min sərnişin (artım 1,8%), avtobuslarla 788 mln. 764,6 min sərnişin (artım 1,8%), taksi minik avtomobilləri ilə 32 mln. 32,9 min sərnişin (artım 3%) daşınıb.*
N.Abbasova