“Azərbaycan Hava Yolları” QSC (AZAL) reaktiv yanacağın alınması üzrə tenderin keçirilməsindən imtina edib. Bu barədə AZAL-ın elanında deyilir.
Tender iyulun 8-də elan edilmişdi və AZAL-a 100 min ton həcmində TC-1 markalı reaktiv yanacağın (DÜİST 10227-2013) tədarükünü nəzərdə tuturdu.
Tender üzrə təkliflərin qəbulu 18 avqust 2017-ci ildə başa çatmalı idi.
AZAL tenderin keçirilməməsi səbəblərini açıqlamayıb.*
A.Əzizov