Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 24-də keçirilən növbəti depozit hərracında 200 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“AMB iyulun 24-də növbəti depozit hərracı keçirib. Hərracda təklif 676 mln. manat təşkil etsə də, Mərkəzi Bank 100 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 10,01% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsait 14 gün müddətinə cəlb olunub.
Qeyd edək ki, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
A.Axundov