Azərbaycanda barama və ipək istehsalçıları dövlət büdcəsindən 239 mln. 722,55 manat məbləğində subsidiya alıblar. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Respublika Komissiyasının iclasında 488 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 47 min 944,51 kq yaş baramanın hər kiloqramına görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 239 min 722,55 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib”, - məlumatda deyilir.
Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilmişdir.
Xəbər verildiyi kiimi, Nazirlər Kabinetinin rəsəncamına əsasən, barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilir.