Ötən gün Azərbaycan ərazisində baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 25 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 171 cinayət faktı qeydə alınıb, onların 35-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 55 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
R.Babayev