Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto prezident İlham Əliyevin Budapeştə qarşıdakı səfərini müzakirə ediblər.
“Tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivləri, ticari əlaqələri, həmçinin cari ilin payızında Azərbaycan prezidenti İlham Əliyevin Budapeştə qarşıdakı səfərini müzakirə ediblər”, - XİN-in mətbuat xidmətindən bildirlib.
E.Məmmədyarov Macarıstanda rəsmi səfərdədir. İki ölkənin XİN rəhbərləri təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. **
F.İsazadə