İyulun 24-də “Rossotrudniçestvo” nümayəndəliyinin rəhbəri Valentin Denisov “İnterfaks-Azərbaycan” İnformasiya agentliyinin kollektivi ilə görüşüb.
O, Bakıdakı Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin Azərbaycanda reallaşdırdığı tədbirlər barədə söz açıb. Oktyabrın 14-dən 22-dək Soçidə keçiriləcək XIX Ümumdünya Gənclər və Tələbələr Festivalına hazırlıq işlərinə toxunulub.
V.Denisov “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Rasim Babayevə Fəxri Fərman təqdim edib.
Görüşü “İnterfaks-Azərbaycan” İnformasiya agentliyinin direktoru Aleksandr İvanov aparıb. **